Türkiyənin Tekirdağ şəhər mərkəzində göy gurultusu ilə müşayiət olunan fırtına cəmi 15 dəqiqədə həyatı iflic edib. 

Unikal.org xəbər verir ki, rayon bazarının qurulduğu küçə su altında qalıb, ticarətçilər çətin anlar yaşayıb. 

Hadisə yerinə bələdiyyə səlahiyyətliləri və aidiyyatı qurumlar gələrək problemi aradan qaldırmağa çalışıblar. 

Əlavə olaraq bildirilib ki, rayon ərazilərində bir neçə yerə ildırım düşüb.

Ağarza Elçinoğlu