Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı  aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə,  Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Qaradəmirçi kənd sakini Orxan İsmayılovun koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub. O.İsmayılov kənd ərazisindəki avtoyuma məntəqəsində saxlanılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.