"Rayonların mərkəzi xəstəxanlarını yalnız COVID-19 xəstələrinin müalicəsi üçün ayırdığımız zaman biz digər xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsində çətinlik çəkirik".

Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

"Ölkənin bütün çarpayı fondunun yalnız COVID xəstələri üçün ayrılması doğru deyil".

Murad İbrahimli