Şəmkir rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Unikal.org xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

Əmrlə Şəmkir rayon Mərkəzi Xəstəxanası Publik Hüququ Şəxsə Emin İsmaylov direktor təyin edilib.

Emin İsmaylov bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəmkir filialının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov aprel ayında həbs edilib.(apa)