Qazaxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulan şəxs 17 yaşlı Əhmədov Kənan Habil oğlu olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.