Rusiyada son sutka ərzində daha 10 535 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 278 750 nəfərə çatıb.

Son sutka ərzində 452 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 87 348 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.