Latın Amerikası ölkəsi olan Boliviyada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı sərnişin avtobusu 150 metrlik dərəyə yuvarlanıb.

Kokohabamba şəhərindən Santa-Kruz şəhərinə gedən avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər həyatını itirib, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, qəzanın səbəbləri araşdırılır.