Tərtər və Salyan rayon sakinlərində silah aşkarlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Tərtər Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəyimsarov kəndində yaşayan R.Əlizadənin evidən “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Salyan RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şorsulu kənd sakini E.Aslanovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.