ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan qazının Avropaya çatması münasibətilə təbrik ünvanlayıb.

Unikal.org xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində paylaşım edilib.

“Azərbaycan qazını birbaşa Avropaya çatdıran və eyni zamanda Azərbaycanın iqtisadi yüksəlişinə kömək edən tarixi Cənub Qaz Dəhlizinin başa çatması münasibətilə təbrik edirik.

ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri davamlı olaraq dəstəkləyir", - təbrikdə bildirilib.