Qusar rayonunun Həzrə kəndində fərdi yaşayış evində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 64 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.