Azərbaycanın xalq artisti Afaq Bəşirqızı "Elgizlə izlə" proqramına telefonla bağlanıb.

Unikal.org xəbər verir ki, A.Bəşirqızı Cəbrayıla bayraq sancan qohumu, qazi Ərşaddan danışıb.

"O, mənim əmim qızı Qızılgülün oğludur. Balam kimidir. Birincidə də, ikinci Vətən müharibəsində də 6 şəhid vermişəm. Bunu danışan deyiləm. Oğlum Səmral qolundakı qüsura görə əsgərliyə gedə bilmir, ürəyi partlayır. Ərşada dedim ki, get, öldür gəl", - deyə aktrisa bildirib.