Türkiyənin məşhur  "Çukur" serialında aktyor ayrılığı yaşanıb.

Unikal.org xəbər verir ki,  artıq 110-cu bölümü yayımlanan ekran işindən 3 aktyor ayrılıb.

Belə ki, nümayiş edilən bölümdə Olqanı öldürən Seren, atasının qətlində günahlandırdığı Süreyyanı öldürüb. Bununla da, Ogeday və Kulkanın anası obrazına həyat verən Filiz Taçbaş serialla vidalaşıb. Ekran işindən ayrılan digər aktyor isə Erdenet rolunu ifa edən Baki Davrak olub.

Aktrisa Hazal Subaşı da da "Çukur"la yollarını ayırıb. O, serialda Nehir obrazına canlandırırdı.