Türkiyəli yazıçı İbrahim Şinasinin qəbri 150 il sonra aşkar edilib.

Unikal.org xəbər verir ki,  məzar İstanbulun Beyoğlu səmitində yerləşən “Ayaspaşa Palas” binasının altında tapılıb.

Yazıçının qəbri aparılan uzunmüddətli tədqiqatlar sonra müəyyən edilib. Tarixçilərin sözlərinə görə, XX əsrin əvvəllərinə qədər qəbiristanlıq olan bu ərazidə, 1934-cü ildən etibarən  yaşayış binaları tikilməyə başlanılıb. Nəticədə qəbir yaşayış binasının altında qalıb.

Qeyd edək ki, İbrahim Şinasi ilk  dəfə türkcə qəzet dərc etdirib. O, 1871-ci ildə 45 yaşında uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib.

İbrahim Şinasi | Pratik Beyin