Tanınmış türk rep ifaçısı Tepki dekabrın 25-də yayımlanacaq "SIK" adlı mahnısına klip çəkdirib.

Unikal.org xəbər verir ki, klip çəkilişləri bədbəxt hadisə ilə yadda qalıb. Belə ki,klipdə yer alan partlayış səhnəsində repçinin başı və kürəyi yanıb. Partlayış səhnəsində kürəyindən alovlanan repçinin atəşi söndürülüb. Amma başının arxa hissəsi yanan Tepki, təcili xəstəxanaya aparılıb və həkimlər tərəfindən ilkin müdaxilə edilib.

Hazırda vəziyyəti normal olan rep ifaçısı: "Yenə də yaxşı qurtardım" deyərək, Allahına şükür edib.