Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 1996-cı il təvəllüdlü Quliyev Abbas Əli oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.