“Sumqayıt” klubunun futbolçularından götürülən növbəti koronavirus testinin nəticələri bəlli olub.

Klubdan Unikal.org-a  bildirilib ki, testdən keçən 16 futbolçudan 10-nun koronavirusa yoluxduğu müəyyənləşib.

Virusa yoluxan futbolçuların 14 günlük karantin müddəti başa çatmaq üzrə olduğu üçün onların yaxın günlərdə verəcəkləri testin neqativ nəticələnəcəyi ehtimal edilir. Əks təqdirdə Premyer Liqanın XII turu çərçivəsində keçirilməsi planlaşdırılan qarşılaşma baş tutmaya bilər. Dekabrın 20-də “Zirə”yə qarşı keçiriləcək səfər matçınadək testi pozitiv nəticələnən oyunçuların sayı yeddidən az olmasa qarşılaşma yenidən təxirə salına bilər.