Gəncə-Qazax  zonası üzrə Gəncə şəhərində keçirilmiş  toplantıda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini  Orxan Ərəbov və Millət Vəkilləri Naqif Həmzəyev  və Müşfiq Cəfərov  iştirak ediblər.

GİN-in mətbuat xidmətinin rəhbəri Samaya Məmmədovanın Unikal.org-a verdiyi məlumata görə, 300 nəfərdən  çox  gəncin iştirakı ilə keçirilmiş zona toplantısında  Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin  rəisi Həmid  Nəsirov çıxış edərək forumun tarixi önəmindən söz açdı.   

Gəncə  şəhərindən olan gənc alim Elnur Həsənov , Samux rayonundan  tələbə Aygün Cabbarova, Göygöl  rayonundan   Şəhriyar İsmayılov , Tovuz rayonundan  Nərgiz Sabirli, Daşkəsən  rayoundan Nigar Məmmədzadə, Mingəçevir şəhərindən  Samrin Xanlayev, Gədəbəy rayonundan  Pərviz Bayramov, Qazax Rayonundan  Ülvi Zeynalov, Yevlax  şəhərindən    Fərid Vaqifli,  Şəmkir rayonundan   Elvira Allahverdiyeva, Ağstafa rayonundan   Ləman Cəlilova çıxış ediblər. “Biz birlikdə güclüyük”, “Gənclərin sağlamlığı – xalqın sağlamlığıdır”  mövzularında çıxışlar dinlənilib.

Rəsmi qonaqlar Zona toplantısında çıxış edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən, Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışıblar. Çıxışlardan sonra toplantıda iştirakçılarının sualları cavablandırıldı və ətraflı fikir mübadiləsi aparıldı.

Zona  toplantısında  Gəncə-Qazax zonası   üzrə Azərbaycan Gənclərinin IX Forumuna  157  nümayəndə seçilib.  Görüş Zona Toplantısının Qətnaməsinin  qəbulu ilə başa çatdı.