Bakıda və Şamaxıda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 500 manat pul oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Ə.Şabanov saxlanılıb.

Bundan başqa, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 135 manat dəyərində məişət əşyaları və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Quliyev saxlanılıb.