Türkiyənin reytinqli seriallarından olan “Ramo”da gözlənilməz ayrılıq yaşanıb.

Unikal.org xəbər verir ki, ekran işində “Fidan” obrazına həyat verən İdil Fırat  23-cü bölümdə ölərək serialdan uzaqlaşıb.

Aktrisanın partlayaraq öldüyü səhnə sosial şəbəkədə xeyli müzakirə olunub.

Qeyd edək ki, serialın baş rolunu Murad Yıldırım canlandırır.