Televiziya dünyasında son illərin ən böyük transferi baş verib.

Məşhur türk aktyoru Cüneyt Arkın “Kuruluş Osman” serialında rol alacaq. Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yeşilçam filmlərinin görkəmli aktyoru Cüneyt Arkın reytinq rekordlarına imza atan “Kuruluş Osman”ın heyətinə daxil olub. O, serialda Aksakallıların rəisi obrazını canlandıracaq.