Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ("ASAN Xidmət") yeni təyinat olub. 

Unikal.org report-a istinadən xəbər verir ki, Azər Bayramov qurumun sədrinin müşaviri təyin edilib. 

O, bundan əvvəl təxminən 6 ay “AzerTelecom” MMC-nin direktorunun strategiya üzrə müşaviri vəzifəsində, daha əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsində çalışıb.