"Son günlərdə sərnişinlər xüsusi karantin rejiminə məsuliyyətsiz yanaşır. Bu da nəticə etibarı ilə beynəlxalq mediada, həm də ÜST tövsiyələrində deyildiyi kimi, ikinci dalğanın olması ehtimalını yüksəldir".

Unikal.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. 

Onun sözlərinə görə, son günlərdə sıxlıq müşahidə olunur: "Bu isə xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Bir həftə əvvəlki nəqliyyat axını ilə bugünkü arasında 10-12 faiz artım müşahidə olunur"