Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.

Unikal.org xəbər verir ki, xəstəxananın direktoru Rüstəm Budaqov işdən çıxmaq üçün ərizə yazıb.

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat katibi Rəvanə Əliyeva  Unikal.org-a xəbəri təsdiqləyib.  Mətbuat katibi bildirib ki,  R.Budaqov öz ərizəsi ilə işdən çıxarılması üçün müraciət edib: "Hazırda onun yerinə təyinat yoxdur". 

Elvin Rüstəmov