İranda 19 fevraldan bu günədək (22 aprel) 85 996 nəfər koronavirusa (COVID19) yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.  Ötən 24 saat ərzində daha 1 194 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb. Virusa yoluxanlardan 3 311 nəfərin vəziyyəti orta ağır və ağır qiymətləndirilir.

Ötən sutka ərzində daha 94 nəfərin koronavirusdan öldüyünü və beləliklə İranda epidemiyadan ölənlərin sayının 5 391 nəfərə yüksəlib. İndiyədək İranda 63 113 nəfərin koronavirusdan sağalıb.

İranda indiyədək koronavirus diaqnozu ilə əlaqədar 377 mindən çox test həyata keçirilib.