Oğuzda canavarlar kəndə hücum edib.  

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə martın 16-dan 17-nə keçən gecə rayonun Bayan kəndində qeydə alınıb. Kəndə hücum edən bir-neçə canavar kənd sakini Adil Cabbarovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə soxulub. Canavarlar tövlədə olan xırdabuynuzlu heyvanlardan 14-nü parçalayıb, daha 14 baş heyvanı isə yaralayıb.

Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyi bildirib. Canavarların parçaladığı heyvanlar bu gün səhər saatlarında kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.