Argentina millisinin sabiq qapıçısı Uqo Qatti “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 75 yaşlı keçmiş futbolçu, Argentina millisində də forma geyinən Messini oyununa görə tənqid edib:

“Bəlkə də, Argentinada məni bu fikirlərimə görə tənqid edəcəklər, amma buna əhəmiyyət vermirəm. Messi bir fenomendir, ancaq hazırda bu, belə deyil. O indi meydanda sadəcə gəzir. Düşünürəm ki, Messi daha yaxşı oynamalıdır. Komandada Messi kimi hücumçu olanda, digər futbolçular qol vurması üçün topu ona ötürürlər. Hər kəs ona ötürmə verməyə öyrəşib, başqasına yox. Amma Messi komandasını korlayır, meydanda əlindən gələni etmir”.