Demək olar ki, bütün gün istifadə etdiyimiz mobil telefonların koronavirus mənbəyi ola biləcəyi haqqında xəbərlər yayılmağa başlayıb.

Unikal.org xəbər verir ki, smartfonların ekranlarının virusun yayılmasında önəmli rola sahib olduğu iddia edilib. Belə ki, mobil telefonların şüşə ekranları mütəmadi olaraq təmizlənmədikdə koronavirus buradan başqa bir şəxsə və telefonun sahibinə yoluxa bilər.

İngiltərəli mütəxəssislər insanlara telefonlarının ekranlarını gündə ən azı 2 dəfə dezinfeksiya etmələrinin vacib olduğu haqqında məlumatlandırıblar.