"Bütün dairə seçki komissiyaları sabah saat 18:00-a kimi sənədləri qəbul etməlidir".

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Müraciət edən insanın kimliyindən asılı olmayaraq fiziki imkanları çatmaz ki, bütün lazımı addımları atsın və sabah saat 18:00-a kimi DSK-lara çatdırsın. Bunu ona görə deyirəm ki, bəzi şəxslər təxribat xarakterli bu cür addımlar ata bilər və seçkiyə kölgə sala bilər”- deyə, bunu MSK sədri əlavə edib.