Bakıda qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da G.Hüseynovaya zor tətbiq edərək içərisində 437 manat və qızıl qolbaq olan pulqabısını almaqda şübhəli bilinən Yevlax rayon sakinləri M.Bəkirova və qardaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.