Ağstafa rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil bir neçə nəqliyyat vasitəsinə çırpılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində "VAZ" markalı avtomobillərin birində olan, Ağstafa rayon sakinləri - 1985-ci il təvəllüdlü Leyla Əfəndiyeva və atası, 1951-ci il təvəllüdlü Maqsud Əfəndiyev həyəcan və yüngül ağrılar səbəbindən xəstəxanaya müraciət ediblər.

Qeyd edək ki, qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb.

Hadisə nəticəsində həmçinin bir neçə avtomobilə də zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.