Zaqatalada evdən küllü miqdarda pul oğurlanıb. 

Unikal.org-un məlumatına görə, hadisə rayonun Faldar kəndində baş verib. Naməlum şəxs və ya şəxslər ötən gün  kənd sakini Ramal Cəlal oğlu Camalovun evindən 25 min manat pul oğurlayıb. Ev sahibi hadisə ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə müraciət edib. Hadisə zamanı evdə heç kim olmayıb. 

Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.