Ötən gecə saatlarında Təcili Tibbi yardım avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi yardım Xəstəxanasına başın və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə bir nəfər qadın gətirilib. 

Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, xəstəyə lazımi tibbi yardım göstərilib: "Hazırda vəziyyəti orta-ağır stabil qiymətləndirilir". 

Faktla əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.