Nardaran qəsəbəsində yaşayan D.Yaxşıbəyov odlu silah və ləvazimatlarını könüllü olaraq təhvil verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan D.Yaxşıbəyov “AK-74” markalı silahı və həmin silaha aid 24 ədəd 5,45 çaplı patronu könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verib.