İstanbulda yeni hava limanının girişində iki avtomobil toqquşub.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobillər alışaraq yanmağa başlayıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil, lakin qəza səbəbindən hava limanına giriş müvəqqəti bağlanıb.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur.