18 Sentyabr 2019
Məşhur rep ifaçısı güllələnərək öldürüldü - Polis tərəfindən (VİDEO)
Məşhur rep ifaçısı güllələnərək öldürüldü -Polis tərəfindən (VİDEO) MƏDƏNİYYƏT-ŞOU 19:16 2019-09-10

Amerikanın məşhur rep ifaçısı Brian J. Quinones polisin “Dayan” əmrinə tabe olmadığına görə güllələnərək öldürülüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, rep ifaçısı Brian J. Quinones, şənbə günü ABŞ-ın Minneapolis şəhərində avtomobilini idarə edərkən işıqforun qırmızı işığını keçdiyinə görə, polis tərəfindən təqib olunub. Polis onun avtomobilini kənara çəkməsini istəyib. Repçi bu anlarını Facebook hesabında canlı yayımlayıb. 

Qaça bilməyəcəyini anlayan Brian avtomobilindən düşərək, əlində bıçaqla polislərin üzərinə hücum etməyə başlayıb. 

Polis ona “Dayan” əmrini edib. Repçinin onların üzərinə bıçaqla gəldiyini görən polislər onu 5 dəfə atəşlə gülələyərək öldürüblər.