Siyəzən rayonunda övladları ilə birgə itkin düşən qadın tapılıb.

Unikal.org xəbər verir ki, Siyəzən rayonun Yenikənd kənd sakini Həmzəliyeva Gülnar Xanbala qızı hüquq mühafizə orqanlarının əməkdaşları paytaxtda tapıblar. O, Siyəzən qayıtmaqdan imtina edib.

Qeyd edək ki, G.Həmzəliyeva iyul ayının 23-də üç azyaşlı övladı ilə birlikdə evdən çıxaraq bir daha geri qayıtmayıb.