Bakının Bakıxanov qəsəbəsində yerləşən mağazada dələduzluq hadisəsi olub.

Unikal.org xəbər verir ki, bu barədə dələduzluğa məruz qalan satıcı BAKU.WS-in "qaynar xətti”nə məlumat verib.

Onun sözlərinə görə, "Ramalli” ətir mağazasına bir nəfər əcnəbi girib. O, satıcıya 50 manat verib, mal almaq istəyir.

Satıcı ona pulun qalığını -30 manat qaytarıb. Müştəri sonradan malı geri qaytarıb, daha sonra yenidən malı almaq istədiyini bildirib. Əcnəbi satıcıdan malı geri alıb, üstəlik 30 manatı da, lakin 50 manatı verməyib.