Bakı Apellyasiya Məhkəməsi cərimələnən “City Farm” MMC-nin apellyasiya şikayəti ilə bağlı qərar çıxarıb. 

Unikal.org xəbər verir ki, hakim Rizvan Səfərovun sədliyi ilə keçirilən prosesdə şirkətin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “City Farm” MMC barəsində protokol tərtib edib, Yasamal Rayon Məhkəməsinə göndərib. Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, cərimələyib. Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. 

Xatırladaq ki, "City Farm" MMC 2017-ci ildən fəaliyyətə başlayıb. Şirkət dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirir. 

Əli Osmanov