Xətai rayonunda yerləşən avtoyuma məntəqəsində ölüm hadisəsi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, NZS qəsəbəsi, Yavər İsgəndərov küçəsi 9 ünvanında avtomobil yuma boksunu icarəyə götürüb işlədən 1955-ci il təvəllüdlü Xudiyev Əhməd Mamed oğlu idarə etdiyi "Mercedes E-class" markalı maşınını yumaq üçün içəri salıb. O, avtomobilindən düşəndən sonra huşunu itirərək yerə yıxılıb. Ə.Xudiyev yaxınlıqda yerləşən özəl klinikalardan birinə aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Famil Fərhadoğlu