Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza şəhərin Sahil küçəsində, Corat-Novxanı avtomobil yolunda qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada 1945-ci il təvəllüdlü Abbasov Oqtay Qəzənfər oğlunu avtomobil vurub. Aldığı bədən xəsarətlərindən piyada hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.