Avstraliyada yaşayan Tess Skorrar adlı qadın avtomobilinin ön şüşəsinə qoyulmş məktubu görən zaman dəhşətə düşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı qadın gəzmək üçün parkda düşüb.

O 20 dəqiqə gəzdikdən sonra avtomobilinə əyləşmək üçün qayıdıb. Bu zaman qadın maşının ön şüşəsində məktub olduğunu görüb. Məktubda yazılanları oxuyan qadın qorxuya düşüb.  

Məktubda “Səni çox cəlbedici görürəm. Əgər maraqlansan alt paltarlarını satın almaq istəyirəm. Şəhərə gedən yolun kənarında dayan. Mən səni taparam" deyə qeyd edilib. 

 Başqası tərəfindən təqib olunma hissinin onu çox narahat etdiyini bildirən qadın məsələ ilə bağlı polisə müraciət edib.