Məşhur aktyorlar Ben Afflek və Mett Deymon yeni filmdə baş rolları paylaşacaqlar.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, onlar rejissor Ridli Skottun "Sonuncu duel" filminə çəkiləcəklər.

Film Erik Yaqerin "Sonuncu duel: orta əsrlərdə Fransada cinayət, qalmaqal və məhkəmə proseslərinin həqiqi tarixi" kitabı əsasında çəkiləcək.