20 Avqust 2019
Sumqayıtda usta içkidən zəhərləndi
Sumqayıtda usta içkidən zəhərləndi HADİSƏ 00:16 2019-07-18

Sumqayıtda zəhərlənmə hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

Usta işləyən 1988-ci təvəllüdlü Məmmədov Emin Mirzə oğlu işdən sonra qəbul etdiyi spirtli içkidən zəhərlənib. O, xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.