Bakının Ramana qəsəbəsində məcburi köçkünlər üçün yeni qəsəbə salınacaq.

Unikal.org-un xəbərinə görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, ilin sonuna kimi bu qəsəbədə işlər başa çatdırılacaq.

Yeni qəsəbə 2500-3000 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.