Yevlax şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, "VAZ-2106" markalı avtomobilin "Nissan"la toqquşması nəticəsində sərnişinlərdən biri, 1994-cü il təvəllüdlü Samir Musayev müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən S.Musayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.