Bakının mərkəzi küçəsində avtomobil qəzası baş verib.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə yerinə gəlmiş yol polisi əməkdaşlarının bildirdiyinə görə, qəzanın səbəbi ötmə əməliyyatının düzgün həyata kəçirilməməsidir.

Hadisə şahidlərinin bildirdiyinə görə, ağ rəngli "Mercedes avtomobili anidən göy rəngdə olan eyni markalı avtomobilin yolunu çıxdıqdan sonra idarəetməni itirərək divara çırpılıb.

Xoşbəxtlikdən hadisə zamanı ölən olmasa da, ağ rəngli "Mercedesin sürücüsü yüngül bədən xəsarətləri alıb.