Beyləqan rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, rayonun Allahyarlı kəndində ümumi sahəsi 228 kvadratmetr olan birmərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 2 otağının, mətbəxinin tavanı 45 kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.