Gəncə şəhərində yol qəzası baş verib.

Unikal.org-un  report-a istinadən  məlumatına görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisinin yaxınlığında qeydə alınıb.
Belə ki, Gəncə-Qazax marşrutu üzrə hərəkət edən sərnişin mikroavtobusu ilə yük maşını toqquşub. Qəza nəticəsində mikroavtobusun 2 sərnişini - Ağstafa rayonunun Göycə kənd sakini, 1961-ci il təvəllüdlü Qafilə Paşa qız Paşayeva və 1992-ci il təvəllüdlü Röya Aşur qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.