Bakının Suraxanı rayonunda intihar hadisəsi qeydə alınıb.

Unikal.org "Ölkə.Aza istinadən xəbər verir ki,  Hövsan qəsəbəsi, O. Şabanov küçəsi, ev 262-də yaşayan, 1991-ci il təvəllüdlü Əliyeva Ülkər Pənah qızı intihar edib. İntihar barədə ilk məlumat alan da elə mərhumun ailə üzvləri olub. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsinə aparılıb.

Faktla əlaqədar Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda intiharın səbəbləri araşdırılır.