"Kamil Vətəndaş Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynlinin qızı Lalə dənizdə boğulub.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Məlumata görə, 33 yaşlı Lalə avqustun 4-də Xəzər dənizinin Mərdəkan hissəsində boğulub. Şahidlərin sözlərinə görə, hadisə zamanı dəniz çox dalğalı olub.

Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.